2022-ci ilin noyabrında avtomobillə vurulduqdan sonra yanlış əməliyyat nəticəsində ölümcül hala düşən 16 yaşlı Ümüd Əhmədov dünyasını dəyişib.

“Unikal” xəbər verir ki, bu barədə Ümüdün anası Qızılgül Quliyeva sosial şəbəkədə yazıb. O bildirib ki, Ümüdün ürəyi dayanıb. 

Qeyd edək ki, yanlış əməliyyat olunan Ümüdün çəkisi 90 kiloqramdan 20 kiloqrama düşmüşdü. 

Yanlış əməliyyat olunan 16 yaşlı Ümüd vəfat etdi