"Gəzi Parkı" hadisələrini planlaşdıranlardan biri olduğu iddiası ilə barəsində açılan istintaq çərçivəsində “Türkiyə Respublikası hökumətini devirməyə cəhd və ya vəzifəsini yerinə yetirməsinə mane olmaq” ittihamı ilə həbs edilən menecer Ayşe Barım ilk dəfə hakim qarşısına çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat dərc edib.
Birce Akalay, Hakan Kurtaş, Bergüzar Korel, Serenay Sarıkaya, Ezgi Mola, Metin Akdülger və Birkan Sokullu da daxil olmaqla bir çox ad Barıma dəstək olmaq üçün ədliyyəyə gəlib.
Qeyd edək ki, Barım bu ilin yanvarında Türkiyədə 2013-cü ildə baş verən “Gəzi Parkı” hadisələrinə görə saxlanılıb. Onun haqqında mediada çıxan “Gəzi Parkı” hadisələrində iştirak etdiyinə dair iddialara görə istintaq başladılıb.
Menecerin “Gəzi Parkı” hadisələrində şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqə saxladığı aşkar edilib.