Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır.

"Unikal" xəbər verir ki, onların hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Videogörüntüdə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması aydın müşahidə olunur.

Qeyd edək ki, bu kimi qeyri-qanuni fəaliyyətlər mütəmadi olaraq baş verir, buna dair görüntülər yayılır.