Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov vəzifəsindən istefa verib. 

"Unikal" xəbər verir ki, vəzifəsindən azad edilən S.Mixaylovun yerinə Andrey Kondraşov TASS təyin edilib. 

Bu barədə sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Andrey Kondraşov "Rossiya-1" kanalında "Vesti" və "Vesti Nedeli" televiziya proqramlarının aparıcısı olub. 2018-ci ildə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutub.

Ağarza Elçinoğlu