ABŞ-ın paytaxtı Vaşinqtonda atışma olub. 

“Unikal” xəbər verir ki, atışma nəticəsində ikisi azyaşlı olmaqla 9 nəfər yaralanıb. Yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.

Hadisə ABŞ-da Müstəqillik Günü bayram edilərkən baş verib. Atəş qara avtomobildən açılıb və hazırda polis həmin maşını axtarır.