ABŞ liderinin iqamətgahı olan Ağ Evdə kokain tapılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdə naməlum toz aşkarlandıqdan sonra ABŞ prezidentinin əməkdaşları təxliyə edilib.  

Narkotik maddə xüsusi olaraq prezidentin ofisinin, Oval kabinetin, həmçinin vitse-prezidentin, Ağ Evin aparat rəhbərinin, administrasiyanın mətbuat katibinin və yüzlərlə digər əməkdaşların ofislərinin yerləşdiyi Qərb Qanadında tapılıb. 

Hazırda tozun Ağ Evə necə daxil olması ilə bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu