Ruslar arasında “Vaqner” özəl şirkətinin rəhbəri Yevgeni Priqojinin üsyanından sonra Rusiya Federasiyasının ali hərbi və siyasi rəhbərliyinə inamsızlıq artıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar deyib. 

Onun sözlərinə görə, "Priqojinin muzdlularının silahlı birləşməsinin qondarma "ədalət marşı" Rusiya vətəndaşlarının və hərbçilərin Rusiya Federasiyasının ali hərbi və siyasi rəhbərliyinə münasibətini dəyişməyə təkan oldu".

“Bəli, “Vaqner” çevrilişinə cəhd zamanı Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərliyinin çaşqınlığı və passivliyi zabit, çavuş və sıravi əsgərlərin Müdafiə Nazirliyi və Baş Qərargahın yüksək rütbələrinə qarşı inamsızlığının artmasına səbəb oldu", - Malyar bildirib.