Ermənistan Prezidenti Vaaqn Xaçatryan bir qrup zabitə general hərbi rütbəsi verib.

"Unikal" "hraparak" nəşrinə istinadən xəbər verir ki, bu  barədə ölkıənin müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Edvard Asryan general-leytenant rütbəsi alıb. Onunla yanaşı, Xüsusi Korpusunun komandiri Armen Gözəlyan, mühəndis qoşunlarının rəisi Karen Qriqoryan, raket və artilleriya qoşunlarının rəisi Qor Nikoyan, 2-ci ordu korpusunun komandiri Qaregin Poqosyan isə general-mayor rütbəsinə layiq görülüb.