Azərbaycan ağırlıqqaldıranı Turan Əliyev Moldovanın paytaxtı Kişineuda keçirilən yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanıb.
"Unikal" xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 114 kq nəticə göstərərək 4-cü yeri tutub.
Əliyev təkanla qaldırmada 136 kq-ı ram edib və bu hərəkətdə də 4-cü olub.
Toplam 250 kq (114+136) nəticə göstərən atlet yekun sıralamada bürünc medal qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.