Rusiya Ədliyyə Nazirliyi beynəlxalq qeyri-hökumət təşkilatı olan WWF-ni (Ümumdünya Təbiəti Mühafizə Fondu ) fəaliyyəti arzuolunmaz hesab edilən xarici və beynəlxalq qeyri-hökumət təşkilatları siyahısına daxil edib. 

"Unikal" xəbər verir ki, bu barədə idarənin rəsmi saytında məlumat verilir .

İyun ayında Rusiya Federasiyası Baş Prokurorluğunun Rusiya ərazisində WWF-nin fəaliyyətini arzuolunmaz kimi tanımaq qərarına görə , WWF Rusiya Beynəlxalq Ümumdünya Təbiət Fondu ilə əlaqələri dayandırıb .

Bundan əvvəl Rusiya Federasiyasının Baş Prokurorluğu “Ümumdünya Təbiət Fondu” beynəlxalq qeyri-hökumət təşkilatının Rusiya Federasiyasının ərazisində fəaliyyətini arzuolunmaz hesab etmək barədə qərar qəbul edib .