Bütün Fransada iğtişaşlar dayanıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri məlumat verib.
Xatırladaq ki, Fransada iğtişaşlar iyunun 27-də əlcəzairəsilli 17 yaşlı sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayıb. Polisin qətli ölkədə geniş narazılığa səbəb olub. Etiraz və qarşıdurmalar zamanı minlərlə insan saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.