Ukrayna Daxili İşlər Nazirliyi Kiyevin Şevçenko rayon məhkəməsinin binasında partlayışın baş verdiyini təsdiqləyib. Partlayışı törədən İqor Qumenyuk ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.

19:44

Kiyev məhkəmələrinin birində terror aktı törətməkdə təqsirləndirilən şəxslər üç qumbara partladıblar.

"Unikal" xəbər verir ki, müttəhim Kiyevin Şevçenko rayon məhkəməsində üç qumbara partladıb və müşayiətçini girov götürüb.

Təqsirləndirilən şəxs həbsdən qaçmağa cəhd edib. Partlayışı törədən şəxs 2015-ci ildə Rada binası altında terror aktı törətməkdə ittiham olunan İqor Qumenyukdur .

Şevçenko Məhkəməsi ərazisində yollar bağlanıb.