ABŞ , Fransa və Böyük Britaniya Ukraynada taktiki nüvə silahından istifadə ediləcəyi təqdirdə Rusiyaya ənənəvi cavab zərbəsi ilə bağlı  xəbərdarlıq edib .

"Unikal" xəbər verir ki, bu barədə Financial Times (FT) Qərb ölkələri və Rusiyadakı mənbələrə istinadən məlumat yayıb.

Qəzetin qeyd etdiyi kimi, Rusiya prezidenti Vladimir Putin xəbərdarlıqdan sonra bir neçə ay ərzində öz ritorikasında taktiki nüvə silahını qeyd etməyib. FT-nin Kremlə yaxın mənbələrinin məlumatına görə, Rusiya lideri bu qənaətə gəlib ki, bu, Rusiya ordusuna üstünlük verməyəcək, ancaq döyüş meydanını “yanmış səhraya” çevirəcək.

Materialda Putinin iyun ayında Rusiyanın ərazi bütövlüyünə təhlükə yarandığı halda nüvə silahından istifadəyə icazə verdiyi qeyd edilib, lakin indi bunun lazım olmadığını qeyd edib.

Çin prezidenti Si Cinpin Moskvada keçirdiyi görüş zamanı Vladimir Putinə Ukraynada hərbi əməliyyatlar zamanı nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq edib . Çin rəhbəri Moskvanın iqtisadiyyat və ticarətdə dəstəyinə baxmayaraq, Ukrayna münaqişəsindən narahat pıduğunu bildirib.