Böyük Britaniya avqust ayında ukraynalı pilotların təliminə başlamağı planlaşdırır və bu müddət ərzində 20 hərbçiyə təlim keçmək istəyir.

"Unikal" xəbər verir ki, bu barədə iyulun 5- də Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi məlumat verib .

“Böyük Britaniya avqustda iyirmiyə qədər ukraynalı pilot üçün əsas təlimlərə başlayacaq”, - deyə dövlət katibi bildirib. May ayında Qərb tərəfdaşları Kiyevin çoxdan xahiş etdiyi F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi üçün koalisiya yaratmaq barədə danışmağa başlayıblar. Bunun üçün ilk addım ukraynalı pilotların hazırlanması olmalıdır.