"Yaxın aylarda bütün dünyada daşqınlar, qasırğalar və isti dalğaları gözlənilir".

"Unikal" xəbər verir ki, ÜSTbütün dünyada bir sıra ekstremal hava hadisələrini proqnozlaşdırıb.

“Bazar ertəsi dünyada rekord ən isti gün qeydə alınıb. Yaxın aylarda isə biz insanların sağlamlığına ziyan vuran bir sıra ekstremal hava hadisələrini gözləyirik”, - Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

O əlavə edib ki, Afrika Buynuzu bölgəsində uzun sürən quraqlıq artıq aclıq, miqrasiya və xəstəlik dalğasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2023-cü ildə 5 yaşınadək 10 milyondan çox uşaq kəskin qida çatışmazlığı ilə üzləşəcək.