Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, Lüksemburq, Kipr və Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş 18 şirkətə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

“Unikal” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat verilib.

“Ukrayna Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq, xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi haqqında” Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 5 iyul 2023-cü il tarixli qərarının qüvvəyə minməsi barədə qərar qəbul edirəm", - fərmanın mətnində deyilir.