Neft İxrac Edən Ölkələr Təşkilatının ( OPEC ) baş katibi Haysham əl-Qais təşkilatın rəhbəri kimi ilk dəfə oktyabrda Rusiya Federasiyasına səfər etməyi planlaşdırdığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb .

“Mən Rusiyaya, ola bilsin ki, oktyabrda Enerji Həftəsi (Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” beynəlxalq forumu) üçün səfər etməyi planlaşdırıram” , - Haysham əl-Qais deyib.

Beynəlxalq forum oktyabrın 11-dən 13-dək Moskvada “Manej” Mərkəzi Sərgi Salonunda keçiriləcək.

Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, Rusiya Federasiyası bu ilin avqustunda xaricə neft ixracının səviyyəsini könüllü olaraq sutkada 500 min barel azaltmaq qərarına gəlib.