Birləşmiş Millətlər Təşkilatı müxtəlif ölkələrdə sınaqdan keçirilən yeni hazırlanmış malyariya peyvəndinin 12 Afrika ölkəsinə göndəriləcəyini açıqlayıb. Açıqlamada o da bildirilib ki, malyariya peyvəndinə olan illik tələbat 2026-cı ilə qədər 40-60 milyona yüksələcək.

"Unikal" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu (UNICEF) və Gavi Peyvənd Alyansı birgə bəyanatda bildiriblər ki, 2025-ci ilin sonuna qədər 12 Afrika ölkəsinə təxminən 18 milyon doza malyariya peyvəndi göndəriləcək .

Açıqlamada Britaniyanın dərman şirkəti GSK tərəfindən hazırlanmış Mosquirix (RTS,S/AS01) peyvəndinin Qana, Keniya və Malavidə artıq 1,7 milyon uşaqda sınaqdan keçirildiyi xatırladılıb.

Benin, Burkina Faso, Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Liberiya, Niger, Sierra Leone və Uqanda bu ölkələrlə yanaşı peyvəndi alacaq digər ölkələrdir.

Açıqlamada həmçinin qeyd olunub ki, malyariya peyvəndinə illik tələbat 2026-cı ilə qədər 40-60 milyona yüksələcək.

Qeyd edək ki, parazit ağcaqanadların dişləməsi ilə ötürülən və orta hesabla 7 günlük inkubasiya dövründən sonra baş verən malyariya; Qızdırma, titrəmə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı, zəiflik kimi qripə bənzər əlamətlərlə özünü göstərir.

Ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir.

Afrikada hər il orta hesabla 500 min insan malyariya səbəbiylə ölürsə, ölənlərin əksəriyyəti uşaqlardır.