ABŞ artıq Ukrayna Silahlı Qüvvələrini (USQ) kaset sursatları ilə təchiz etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə "The New York Times"a ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndəsi məlumat verib.

Mənbə bildirib ki, bu qərar Ağ Evdə bir neçə aylıq müzakirələrdən sonra qəbul edilib. O vurğulayıb ki, kaset sursatları Ukraynanın əks-hücumunun sürətini sürətləndirə bilər.

***08:59

ABŞ bu həftə Ukraynaya kaset sursatlarının tədarükü barədə qərar verə bilər. 

"Unikal" "CBS News"a istinadən xəbər verir ki, kaset bombaları partlayış zamanı dağılan onlarla kiçik bomba daşıyır. Onlar silah qadağası konvensiyasına qoşulmuş və ya onu imzalamış 123 ölkədə qadağan edilib. Çünki partlamamış bombalar hərbi əməliyyatlar başa çatdıqdan sonra illərlə mülki əhali üçün təhlükə yarada bilər. 

Qeyd edək ki, ABŞ da daxil olmaqla, Rusiya və Ukrayna sözügedən müqaviləni imzalamayıb. 

Ağarza Elçinoğlu