Rusiyanın Lvova raket hücumu nəticəsində yaşayış binasına ziyan dəyib.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində binanın 3-cü və 4-cü mərtəbələri dağılıb.
"Axtarış-xilasetmə əməliyyatı davam edir. Məlumata görə, 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Fövqəladə Hallar Dövlət Xidməti 7 nəfəri xilas edib, 64 nəfəri təxliyə edib", - Klımenko bildirib.
Nazir əlavə edib ki, səyyar polis məntəqələri yerləşdirilib, onlar zərərçəkmişlərin müraciətlərini qəbul edir və lazımi köməklik göstərirlər.
Gülayə Mecid