2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsində Moskva administrasiyası adından bölgədə döyüşən muzdlu qruplaşma "Vaqner"in qısamüddətli qiyamının əks-sədaları davam edir. 

"Unikal" xəbər verir  ki, bir müddət Rusiya prezidenti Vladimir Putinin ən güvəndiyi şəxslərdən biri olan “Vaqner”in qurucusu və lideri Yevgeni Priqojin son həftələrdə Moskva administrasiyasını hədəf almışdı. Bununla yanaşı, o,  işğal altındakı bölgələri tərk edərək Moskvaya doğru hərəkət etmək qərarına gəlmişdi.

Bu hadisə Rusiyada tarazlığın pisləşdiyinə işarə etsə də, Belarus lideri Aleksandr Lukaşenkonun müdaxiləsi ilə böhran sona çatdı. Bundan sonra Putin Priqojinin Rusiyada onlarla daşınmaz əmlakını və pullarını müsadirə edib.

Beynəlxalq mediada yer alan xəbərlərə görə, Rusiya lideri müsadirə edilən "Vaqner"in biznesini sevgilisi Alina Kabayevaya həvalə edib. Bildirilir ki, "Vaqner"in bütün işləri ilə 40 yaşlı Kabayeva məşğul olacaq. Uğurlu gimnast kimi tanınan və bir müddət Putinlə gizli eşq yaşayan Kabayevanın Putindən ən azı 3 övladının olduğu bildirilir.  

Rusiya ictimaiyyəti tərəfindən "taclı çariça" kimi tanınan Kabayeva son illərdə Milli Media Qrupu media şirkətinə rəhbərlik edir. Bildirilib ki, Kabayeva Priqojinə məxsus “Patriot Media Group” media şirkətini də idarə etməyə başlayacaq. Moskva rejiminin bu yolla "Vaqner"in təsirini azaltmağı hədəflədiyi də öyrənilib.

Putin "Vaqner"ə nəzarəti bu şəxsə həvalə edib - FOTO

Putinin özündən 31 yaş kiçik olan sevgilisi Kabayevanın ixtiyarında "Maybach" limuzinləri parkı var və Moskvada səfərləri zamanı yüksək səviyyəli təhlükəsizlik tərəfindən qorunur.

Kabayeva 2 Olimpiya, 14 Dünya Çempionatı və 25 Avropa Çempionatının medalı ilə bədii gimnastika tarixində ən çox medal qazanan gimnastlardan biri kimi tanınır. İdmanı tərk edərək siyasətə gələn Kabayeva Putinin partiyasından deputat seçilib.

Gülayə Mecid