Rusiyanın Ulyanovsk vilayətində müsəlmanların müqəddəs kitablarını yandıran əcnəbi vətəndaş saxlanılıb.

"Unikal" xəbər verir ki, bu  barədə TASS məlumat yayıb. 

Bildirilir ki, Misir vətəndaşı olan şəxs  "Qurani-Kərim"i yandırıb və müsəlmanları təhqir edib. Həmin anları sosial şəbəkə hesabında paylaşan şəxs çox keçməyib ki, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.  

Gülayə Mecid