Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinə yerləşdirilən "Vaqner" PMC haqqında danışıb.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında jurnalistlərə açıqlama verib. 

""Vaqner" döyüşçülərinin yerləşdirilməsindən qətiyyən narahat deyiləm. Əgər onlardan istifadə etmək lazımdırsa, biz onları dərhal istifadə edəcəyik. Onların cəbhədə topladıqları bütün bilikləri nəzərdən keçirəcəyik və hazırlıq üçün istifadə edəcəyik", -  Lukaşenko deyib.  

Gülayə Mecid