Perunun Moquegua bölgəsində Ubinas vulkanı püskürüb.

"Unikal" xəbər verir ki, hadisə ilə əlaqədar bəzi əyalətlərdə fövqəladə vəziyyət elan edilib.

Vulkanın püskürdüyü külün 5500 metr yüksəkliyə çatdığı və 10 kilometrdən çox uzaqdakı qəsəbələrə təsir göstərdiyi bildirilib. 

"Kabinetin iclasında püskürmənin yaratdığı təhlükə ilə əlaqədar Coalaque, Çojata, Içuna, Lloque, Matalaque, Ubinas və Yunqa əyalətlərində fövqəladə vəziyyət elan edilməsi qərara alınıb", - deyə məlumatda qeyd olunub. 

Hələlik təxliyə əmri verilməyib. 

Ağarza Elçinoğlu