Rusiya Finlandiya hakimiyyətinin apardığı anti-Rusiya siyasətinə cavab olaraq 2023-cü il oktyabrın 1-dən ölkənin Sankt-Peterburqdakı baş konsulluğunu bağlayır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN açıqlayıb.
Həmçinin Moskva 9 finlandiyalı diplomatı ölkədən çıxarır.
Bu barədə Rusiya XİN-ə çağırılan Finlandiyanın Moskvadakı səfiri Antti Helanter məlumatlandırılıb.
***14:13
Finlandiyanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, səfirə Helsinkinin anti-Rusiya siyasətinə görə kəskin etiraz edilib.
Ağarza Elçinoğlu