"Bizi təəccübləndirmək çətindir, lakin prezident Makron bəzən buna nail olur". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Fransa prezidenti Emmanuel Makronun iyunun 28-də Marseldə müxtəlif nüfuzlu dairələrin nümayəndələri ilə görüşündə verdiyi bəyanatı şərh edərkən deyib. 

Zaxarova Fransa liderinin üzərinə götürdüyü məsələlərin səmərəsiz olduğunu açıqlayıb: "Biz Fransa prezidentinin verdiyi bu xüsusiyyətlərə, onun Dağlıq Qarabağ nizamlanması prosesində şəxsi rolu və pafosla danışdığı töhfələrindən təəccüblənməyə davam edirik. Heyf ki, belə səmərəli işin əməli nəticəsi yoxdur. Və bəlkə də nəticələrini heç kim görmədiyi üçün demədi. Üstəlik, nəinki Dağlıq Qarabağ nizamlanmasında Fransanın vasitəçiliyi məsələsində, hətta prezident Makronun dəfələrlə öz üzərinə götürdüyü digər beynəlxalq məsələlərdə də heç kim heç bir nəticə görməyib". 

 Ağarza Elçinoğlu