İyunun 12-də 86 yaşında dünyasını dəyişən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin mirası üzə çıxıb.

"Unikal" Reuters-a istinadən xəbər verir ki, Berluskoninin mirası övladları, keçmiş həyat yoldaşı, sevgilisi və ortağı arasında bölüşdürülüb.  

Belə ki, Berluskoninin böyük övladları Marina və Pier Silvio atalarının qurduğu "Fininvest" adlı holdinqin əksər səhmlərində bərabər pay alıblar.  Hər iki adın  holdinqin səhmlərinə birgə nəzarət edəcəyi bildirilib. 

Berluskoni sevgilisinə də miras saxlayıb.  Belə ki, o, mirasından 100 milyon avronu son vaxtlar birlikdə olduğu sevgilisi Marta Fascinaya qoyub.  Berluskoninin qardaşı Paolo da 100 milyon avro səhmlərə sahib olub. Sabiq baş nazirin yaxın dostu Marçello Dell'Utriyə 30 milyon avro miras qoyulduğu bildirilir. 

Berluskoninin 2006-cı ildə yazdığı miras məktubunun sonunda “Təşəkkür edirəm,  atanız hamınızı sevir", yazısı qeyd olunub. 

Qeyd edək ki, dörd müddət baş nazir olmuş və mühafizəkar “Forza Italia” partiyasının lideri olan Berluskoni 33 yaşlı Fascina ilə evli olmasa da, onu “mənim həyat yoldaşım” adlandırıb.

İtaliya qanunlarına görə, uşaqlar valideynlərinin sərvətinin üçdə ikisini bərabər şəkildə alır, qalan üçdə biri isə miras ala bilər.

Gülayə Mecid