Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir müddət öncə Rusiya lideri Vladimir Putinə məktub göndərən Qarabağdakı separatçıların lideri Arayik Arutyunyan ilə bağlı suala cavab verib.

"Unikal" xəbər verir ki, bu barədə XİN sözçüsü brifinq zamanı bildirib. 

O, sülhməramlıların məsuliyyət zonasında hələ də terrorçu rejimə rəhbərlik edən Arayik Arutyunyanı tanımadığını açıqlayıb: "Mən o açıqlamalarla tanış deyiləm və belə bir məmur tanımıram. Ona görə də şərh verə bilmərəm. Üçtərəfli saziş əsasında Laçın dəhlizinin marşrutu dəyişdirilib". 

Ağarza Elçinoğlu