Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev əsası Yevgeni Priqojin tərəfindən qoyulan "Vaqner" üsyanını xain hərəkət adlandırıb və bunun Rusiyanı vətəndaş qarşıdurması həddinə çatdırdığını bildirib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, o, bu barədə Krasnodarda Rusiya Federasiyasının Cənub Federal Dairəsinin təhlükəsizliyinə dair iclasda deyib.
"İyunun 23-24-də "Vaqner" PMC rəhbərliyinin iddialı və xəyanətkar hərəkətləri ucbatından ölkə faktiki olaraq vətəndaş qarşıdurmasına cəlb olunmaq ərəfəsində olan hadisələr baş verdi" - deyə Patruşev qeyd edib.
Onun sözlərinə görə, hərbçilərin, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının, dövlət hakimiyyəti başçılarının qətiyyətli hərəkətləri, eləcə də Rusiya xalqının birliyi və vətənpərvərliyi sayəsində bunun qarşısı alınıb.
Gülayə Mecid