Rusiya beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən qeyd-şərtsiz çıxmalı və törətdiyi cinayətlərə görə məsuliyyət daşımalıdır.

"Unikal" xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Nikolay Denkov Ukrayna prezidenti Volodimir Zelenski ilə Sofiyada keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bolqarıstan ardıcıl olaraq Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, çünki biz əminik ki, müstəqil və suveren Ukrayna bu regionda Avro-Atlantik təhlükəsizliyin açarıdır. Rusiya heç bir şərt olmadan Ukrayna ərazisini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tərk etməli və törətdiyi cinayətlərə görə məsuliyyət daşımalıdır”, - Denkov bildirib.