Britaniya Ukraynaya yeni səfir təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Martin Harris ölkənin Ukraynada yeni səfiri təyin olunub. O, 2023-cü ilin sentyabrında səfir kimi fəaliyyətə başlayacaq.

"Səfirliyimizin Ukrayna hökumətini və xalqını öz ölkəsini və ümumi dəyərlərimizi müdafiə etdiyi bir zamanda Ukraynaya qayıtmaqdan şadam. Böyük Britaniyanın Ukrayna ilə əlaqələri heç vaxt bu qədər güclü olmayıb və biz Ukraynanın yanında olmağa davam edəcəyik", - Harris bildirib.