İsveç terror təşkilatlarının tərəfdarlarına həbs cəzası nəzərdə tutan qanunu qəbul edib.

"Unikal" xəbər verir ki, iyunun 1-də qüvvəyə minən qanunla terror təşkilatının fəaliyyətini təşviq edən, gücləndirən və ya dəstəkləyən şəxslərə maksimum 4 il həbs cəzası verilə bilər.

Türkiyənin qanunla tələblərini yerinə yetirdiyini bildirən İsveç orada yaşayan Türkiyə vətəndaşı terror təşkilatı PKK-nı maliyyələşdirməyə cəhd etdiyi üçün 4,5 il müddətinə azadlıqdan məhrum edilib .

Artıq İŞİD-lə bağlı işlərdə istifadə edilən yeni qanun ilk dəfə PKK tərəfdarı olduğu iddia edilən şəxsə qarşı tətbiq edilib.

Prokurorluq müttəhimin məqsədinin şantaj yolu ilə pul toplamaq və PKK-nı maliyyələşdirmək olduğunu bəyan edib.

Prokuror sözügedən şəxsin İsveçdəki PKK fəaliyyətlərində əsas rol oynadığını iddia edib. Fransa və Almaniya kəşfiyyatının dəlillərinə də istinad edilən ittihamnamədə sözügedən şəxsin birbaşa PKK-nı maliyyələşdirən və qrup adına fəaliyyət göstərən şəxslərlə əlaqə saxladığı bildirilir.