"OceanGate Expeditions", sualtı Titanın iyun ayında Atlantik okeanında batmasından sonra fəaliyyətini dayandırdığını bildirib.

"Unikal" xəbər verir ki, "OceanGate" bütün tədqiqat və kommersiya fəaliyyətini dayandırır", - şirkətin saytında yerləşdirilən bəyanatda deyilir .

İyunun 19-da “OceanGate Expeditions” şirkəti “Titanik”in batdığı yerə turistləri çatdırmaq üçün nəzərdə tutulmuş “Titan”la əlaqəni kəsdiyini açıqlayıb. Üç gün sonra ABŞ Sahil Mühafizəsinin Şimal-şərq bölməsi Titanik yaxınlığında dağıntıların aşkar edildiyini bildirib. Tezliklə departament bunların itkin sualtı qayığın hissələri olduğunu təsdiqləyib. Təhlillər göstərib ki, dərin dəniz gəmisinin bütün sərnişinləri ölüb.

Titanın göyərtəsində "OceanGate Expeditions" şirkətinin rəhbəri Stockton Rush, fransız akvanavt Pol-Henri Narjolet, təyyarə satışı və istismarı ilə məşğul olan Action Aviation şirkətinin sahibi olan britaniyalı milyarder Həmiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman olub.