Türkiyənin Şanlıurfa bölgəsinin Siverek rayonunda quduzluq aşkar olunub.

"Unikal" xəbər verir ki, bir nəfərdə quduzluq aşkarlanıb. Quduzluq olduğu müəyyən edilən xəstə müalicə üçün xəstəxanaya aparılıb. Quduzluq hallarının olduğu rayonda karantin tətbiq edilməyə başlanıb.

"Rayonumuzda bir vətəndaşımız quduzluq xəstəliyinə görə müalicə alır və aparılan araşdırmalarda itlərin hücumu nəticəsində bəzi iribuynuzlu mal-qarada quduzluq xəstəliyi aşkarlanıb. Rayon Gigiyena Şurası toplanaraq müvafiq tədbirlər görülüb. Bu çərçivədə karantin tətbiqləri aparılır".