Tbilisi Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili ilə Ukrayna hakimiyyəti tərəfindən 48 saat ərzində ölkəni tərk etmək əmri verilmiş Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə bağlı heç bir məsləhətləşmə aparmayacaq .

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib. 

"Gürcüstan Xarici İşlər Nazirliyi səfirlə hər hansı məsləhətləşmələr aparmağı planlaşdırmır", - Darçiaşvili qeyd edib.

Onun sözlərinə görə, səfir artıq Ukrayna ərazisini tərk edib və indi Gürcüstana yollanır.

Bir gün əvvəl Ukrayna hakimiyyəti tərəfindən 48 saat ərzində ölkəni tərk etmək əmri verilən Zakaraşvili iyulun 6-da cümə axşamı günü Ukraynanı tərk edəcəyini  açıqlamışdı .