Bolqarıstanlı keşiş əlində xaçla Sofiyadan keçən Ukrayna prezidenti Volodimir Zelenskinin kortejinə doğru qaçıb.

"Unikal" xəbər verir ki, bu barədə “Strana.UA” məlumat yayıb.

Nəşr qeyd edir ki, keşiş prezidentin kortejinə “anthema, Zelenski, faşist Ukrayna, Qərb satanistləri” deyə qışqırıb.

Polis keşişə Zelenskinin maşınlarına yaxınlaşmağa imkan verməyib.