UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.
"Unikal" xəbər verir ki, ölkə çempionunun mövsümlərarası fasilədə ilk transferi serbiyalı futzalçı olub. Ninoslav Aleksiç qarşıdakı 1 il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Serbiya millisinin də üzvü olan 28 yaşlı forvardın son klubu ölkəsində “Ekonomaç” olub.