İtaliyanın Milan şəhərində qocalar evində ölümlə nəticələnən yanğın baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 6 nəfər ölüb, 120-dən çox insan yaralanıb. Üç nəfərin vəziyyəti ağırdır.

Daha 40 nəfər yanma məhsullarından zəhərlənib.

Yanğının səbəbi hələ müəyyən edilməyib.

Nuranə Abbasova