Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərindəki "Promsintez" zavodunda partlayış baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Partlayış nəticəsində 6 nəfərin öldüyü deyilir.İki nəfər isə yaralanıb. 

Hadisə texniki boru xəttinin sökülməsi zamanı baş verib. 

Qeyd edək ki, "Promsintez" zavodu partlayıcı maddələrin istehsalı ilə məşğuldur. 

Ağarza Elçinoğlu