“Tesla” və “Space X” şirkətlərinin rəhbəri İlon Mask “Threads” tərtibatçılarını tənqid edib.

“Unikal” xəbər verir ki, o, Mark Zukerberqin “Meta” şirkətini fırıldaqçılıqda ittiham edib. Mask tviter hesabında yazıb: 

“Rəqabət yaxşı şeydir, amma fırıldaqçılıq yox”. 

Tviter rəhbəri “Meta”nı ticarət sirrini mənimsəməkdə ittiham edib. 

Qeyd edək ki, istifadəyə yeni verilən “Threads” tətbiqi bir sutkaya 30 milyondan çox izləyici toplaya bilib. 

Nuranə Abbasova