İndoneziyada qarayara xəstəliyindən ölənlərin sayı 3-ə çatıb, ümumilikdə 87 təsdiqlənmiş hadisə var.

"Unikal" xəbər verir ki, bunu İndoneziya Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərin Qarşısının Alınması və Nəzarət üzrə Direktoru İmran Pambudi bildirib. 

 İlkin məlumata görə, təhlükəli xəstəliyin yaranmasına virusdan ölən ilk şəxsin xəstəlikdən ölən öz inəyinin ətini yeməsi səbəb olub. Bundan əlavə, kişi yoluxmuş əti yaşadığı ərazinin digər sakinlərinə də paylayıb. Regional hakimiyyət orqanları virusun aşkarlanmasından sonra 120 gün ərzində ərazini “qırmızı” yüksək riskli zona elan edib. Sakinlərə də yalnız sağlam mal-qaradan ət yemək tövsiyə olunub.