İranın cənub-şərqində qum fırtınası davam edir.
“Unikal” xarici mediaya istinadən verir ki, mindən çox insan qum fırtınası nəticəsində zərər çəkib. 160-dan çox insan xəstəxanadadır.
Qeyd edək ki, İranın Sistan və Bəlucistan əyalətlərində 120 gündür qum fırtınası davam edir.
"İyulun 2-dən indiyədək 1010 nəfər tibb mərkəzlərinə müraciət edib. Onlardan 162 nəfər xəstəxanaya yerləşdirilib, qalanları ambulator müalicə alıb", - əyalətin böhran qərargahının rəhbəri Məcid Mohebbi bildirib.
Nuranə Abbasova