Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi bəlli olub.

Klubdan “Unikal”a verilən məlumata görə, komanda Qətərin “Əl-Sədd” klubu ilə qarşılaşacaq.

Görüş iyulun 9-u yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00-da) “Kematen” stadionunda baş tutacaq.