"Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs sammitində iştirak edəcək". 

"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib. 

O, bildirib ki, Ukraynaya çoxillik dəstək paketi alyansın Vilnüs sammitində təsdiqlənəcək və bu, onu NATO-ya yaxınlaşdıracaq.

Stoltenberqin sözlərinə görə, onlar hazırda Ukrayna ilə bağlı təkliflər üzrə danışıqlar aparırlar. 

Qeyd edək ki, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək. 

Ağarza Elçinoğlu