Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Ukraynaya kasetli bombaların olduğu döyüş sursatlarının tədarükünə qarşı çıxıb. 

“Unikal” “Röyters”ə istinadən xəbər verir ki, o bu barədə Vyanada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu sursatlar beynəlxalq səviyyədə qadağandır, çünki onların fəaliyyət prinsipi piyada əleyhinə minalara bənzəyir. O vurğulayıb ki, onlar hətta münaqişə bitdikdən sonra da mülki əhaliyə böyük ziyan vura bilərlər.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın növbəti hərbi yardım paketində Ukraynaya minlərlə kasetli sursat göndərəcəyi bildirilirdi.

Nuranə Abbasova