İyunun 28-də İsveçdə Quranın kütləvi şəkildə yandırılması aktı ilə əlaqədar Pakistanda ümummilli aksiya keçirilir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın baş naziri Şahbaz Şərif də məsələyə münasibət bildirib. 

"Bir bədbəxt şəxsin "Qurani-Kərim"i təhqir etməsi ilə bağlı hiss və duyğularımızı ifadə etmək üçün bu gün hamımız bütün ölkə boyu ""Qurani-Kərim" günü" şüarı altında etiraz aksiyası keçiririk, - siyasətçi qeyd edib. 

Nümayişlərdə cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən digər dinlərin nümayəndələri iştirak edir. İslamabadda İsveç səfirliyinin yerləşdiyi ərazidə mitinqlər təşkil olunur.

Ağarza Elçinoğlu