Ukrayna ordusu təkcə hücum üçün deyil, həm də müdafiə üçün uzaqmənzilli silahlara ehtiyac duyur. 

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Praqada keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda Rusiya uzaqmənzilli silah növündə üstünlüyə malikdir.

“Uzun mənzilli silahlar olmadan təkcə hücum missiyası deyil, müdafiə əməliyyatı da aparmaq çətindir. Bu, çox çətindir. Torpağını müdafiə və düşməni məğlub etmək üçün lazımi məsafəyə çata bilmədiyiniz faktdır", - Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, müttəfiqlərlə, o cümlədən ABŞ-la daha da uzaqmənzilli silahların əldə edilməsi üçün danışıqlar aparılır.