Ermənistanda 44 günlük müharibə sırasında orduda baş verən intizamsızlıq və fərarilik halları ilə bağlı cinayət işləri davam edir.

"Unikal" xəbər verir ki, 2020-ci ilin oktyabrında Ermənistan ordusunun hərbi hissə və batalyon komandirlərinin yuxarı komandanlığın əmrini yerinə yetirməkdən imtina etməsi ilə bağlı növbəti cinayət işi İrəvan məhkəməsinə göndərilib.

İttiham tərəfi qeyd edir ki, istintaq altında olan zabitlər sonradan Fövqəladə Hallar Nazirliyinin rəhbəri olmuş Andranik Piloyana tabe olublar və döyüş əməliyyatları zamanı onun əmrinə tabe olmayıblar.

Təqsirləndirilən şəxslər əməllərini ağır mənəvi-psixoloji vəziyyətlə izah ediblər.