İlin əvvəlindən ABŞ - Meksika sərhədində isti hava səbəbindən 103 immiqrant həyatını itirib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Sərhəd Patrulunun rəisi Ceyson Ouens tvitter hesabında yazıb:
"Həddindən artıq istilər cənub-qərb sərhəddinə təsir etməkdə davam edir. İlin əvvəlindən komandalarımız həddindən artıq istilərdə 5091 nəfəri xilas edib, 103 qeyri-qanuni miqrant isə faciəli şəkildə həlak olub." -deyə qeyd edib.
Ouens, Meksikadan ABŞ-a qeyri-qanuni keçməyə çalışan qeyri-qanuni mühacirlər haqqında "Sərhədi qeyri-qanuni keçərək həyatınızı riskə atmayın" deyə xəbərdarlıq edib.
ABŞ Gömrük və Sərhəd Mühafizə Birliyinin (CBP) Twitter hesabında, Meksika sərhədində rast gəlinən hadisələrdə "susuzluğun ölüm səbəbi olduğu" və "13 qeyri-qanuni miqrantın həyatını itirdiyi" deyilir. Buna baxmayaraq 226 nəfəri son anda xilas etmək mümkün olub”.
Hava proqnozu hesabatlarında ABŞ-ın Meksika sərhədinə yaxın cənub-qərb ştatlarında son vaxtlar temperaturun tarixi həddə çatdığı bildirilir.