Suriya kəşfiyyatı və ordusu Rusiyadakı "Vaqner" PMC üsyanı zamanı rus hərbçilərinə dəstək verib,  Suriya Respublikasında "Vaqner" qüvvələrinin hərbi təşkilat kimi təcrid edilməsinə və məhv edilməsinə kömək edib.

"Unikal" xəbər verir ki, bu barədə Dəməşqdəki rəsmi mənbələrə istinadən Reuters məlumat yayıb .

Agentliyin məlumatına görə, birgə qüvvələr əməliyyatı iyunun 23-nə keçən gecə həyata keçirib. Suriya ordusu telefon xətlərinin və mobil rabitənin bağlanması üçün tədbirlər görüb, həmçinin “Vaqner” bölmələrinin komandirlərinin ölkəni tərk etməyə məcbur etmək və ya Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq üçün Rusiya hərbçilərinin yerləşdiyi yerə gəlməsinə şərait yaradıb.

Qeyd olunur ki, Suriyadan olan mənbələrə görə, ölkədəki PMC qüvvələrinin sayı 450 nəfərdən çox deyil. Rusiya Federasiyasının hərbi idarəsi ilə müqavilə bağlamaqdan imtina edənlər ölkədən çıxarılıb.